XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Meteohəssas insanlara – XƏBƏRDARLIQ

Meteohəssas insanlara – XƏBƏRDARLIQ

Meteohəssas insanlara – XƏBƏRDARLIQ
13-10-2017, 14:31

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.