XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Azercell” abunəçilərini bezdirib: kütləvi şəkildə boykot başlanır...

“Azercell” abunəçilərini bezdirib: kütləvi şəkildə boykot başlanır...

“Azercell” abunəçilərini bezdirib: kütləvi şəkildə boykot başlanır...
11-10-2017, 09:14

“Tək məndə belədir? Artıq bir neçə aydır ki, kimə zəng edirsən, birinci dəfə zəng çatmır, gərək ikinci dəfə yığasan ki, çatsın. Eyniylə mənə zəng vuran olanda
Bu gün neçə nəfər mənə yazdı ki, telefonun bağlıdır, hərçənd bağlı deyil. Mobil rabitəyə nə olub?”
Bu sözləri tanınmış teleaparıcı Azər Qəribov Feysbukda yazıb. O, “Azercell” mobil operatorun fəaliyyətindən şikayətlənib.
Abunəçi neçə aydır ki, eyni problemlə qarşılaşır. Amma bu məsələdə o, tək deyil. Kütləvi şəkildə narazılıq var. Vətəndaşlar ilk zəngdə qarşı tərəfə düşə bilmirlər.
Bu problemin nədən qaynaqlandığı aydın deyil. A.Qəribovun statusuna şərh yazan abunəçilər də bildiriblər ki, “Azercell” onları çoxdan bezdirib.
Mahir Məmmədli adlı istifadəçi isə şikayətində bunları qeyd edib: “Çox hörmətli, Azercell! Mənim səndən sənə şikayətim var. Çünki nömrə alarkən qeydə alınan məlumatlar, o cümlədən, telefon nömrəm müxtiəlif şirkətlərə verilir. Onlar da bu nömrəyə zəng edərək, məni narahat edirlər.
Məsələn, iki gündür "Aura" şirkətindən (Aysel adlı bir xanım) zəng vururlar. evdə içdiyimiz suyun tərkibini yoxlamaq, beləliklə, 700-1200 manat arasında olan su filtrlərini sırımaq istəyirlər.
İndi soruşuram, mobil operator bizim icazəmiz olmadan hansı haqla nömrəmizi şirkətlərə verir (və ya satır)? Şəxsi məlumatlarımızın açıqlanmaması kimi öhdəliyiniz yoxdurmu sizin?”
Bütün Azərbaycan KİV-lərini müxtəlif yollarla ələ alan bu şirkətin fəaliyyətinə dair neqativ faktları əldə edib yaymağın nə qədər çətin olduğunu qeyd etmək lazımdır.
“Azercell”də isə işlər tam tərsinə gedir. Burada şirkətin prezidenti hər 2-3 ildən bir dəyişir. Özü də onların hamısı nədənsə xaricilər olur.
Baxmayaraq ki, Azərbaycanda bu gün hər sahədə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək səviyyəli təcrübəli menecerlər var.
Bizim də diqqətimizi elə bu fakt çəkdi. Bu, nə ilə bağlı ola bilər? Doğrudanmı yenə də maliyyə maxinasiyaları ilə? Yeni araşdırmalarımız nəticəsində əminliklə deyə bilərik ki, bəli!
Bir qədər əvvəl nömrə daşınması xidməti istifadəyə verilərkən, belə ümid edildi ki, abunəçilər rahat və sadə şəkildə bir operatordan digər operatora keçəcəklər. Amma gözləntilər özünü doğrultmadı.
Səbəb isə "Azercell"in qüsurlu xidməti və tətbiq etdiyi düzgün olmayan qaydaları oldu. Bunu çətin də olsa şirkətin rəhbərliyi etiraf etmişdir.
Jurnalistlərlə söhbətində "Azercell" MMC-nin prezidenti etiraf etmişdi ki, 10 milyon nəfərə yaxın abonenti olan 3 operatordan cəmi 5 minə yaxın abonent şəbəkə dəyişməsi həyata keçirmişdir ki, bu da layihənin nə qədər mənasız olduğunu göstərir.
Mobil operatorun prezidentinin mənasız hesab etdiyi bu layihə ilə yanaşı, "Azercell"in tətbiq etdiyi "Bölgələrdə xüsusi tarifdən yararlan", "Azercell"dən pulsuz datakart alın, istifadə edin və bu kimi layihələrin də əhəmiyyətsiz olduğunu faktlarla sübut etmək olar.
"Azercell" həm də maliyyə maxinasiyaları ilə məşğuldur. Şirkətin əldə etdiyi 2,2 milyard manat gəlirdən yalnız 90 milyon manat vergi ödənişlərini həyata keçirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.