XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq (RƏSMİ)

Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq (RƏSMİ)

Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq (RƏSMİ)
9-10-2017, 18:29

“Bu il qış ötən ilkindən sərt olacaq”. Bu sözləri açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Onun sözlərinə görə, bu il ölkəmizin ərazisinə qar daha çox yağacaq: “İndi ölkəmizdə cənub küləyi əsir. Şimal küləyinə keçən kimi havalar soyumağa başlayacaq. Qardan asılı olmayaraq, bu il qış sərt keçəcək. Hava şaxtalı olacaq. Ölkə ərazisində 2-3 dərəcə isti olacaq. Bu da küləklə birləşən zaman, ölkə ərazisində soyuq havaların hökm sürəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.