"Əslində bizə ev verildiyini, lakin bunun bizdən gizlədildiyini üzə çıxardıq" - ŞİKAYƏT VAR
Ağdam rayonundan məcburi köçkün düşmüş ailə dövlətin onlara ayırdığı mənzilə köçə bilmir.
Müraciət edən məcburi köçkün Şüşə Əsgərova bildirib ki, Ağdam rayonu işğal edildikdən sonra 1993-cü ildən 2000-ci ilədək Bərdə rayon Alpout kənd orta məktəbində məskunlaşıb: “Mərhum həyat yoldaşımın xəstəliyi səbəbindən məktəbdən çıxarıldıq. 2000-ci ildən etibarən Bərdə rayonunda müxtəlif küçələrdə kirayədə yaşamışıq. 2013-cü ildə isə prezidentin sərəncamına uyğun olaraq, Bərdə ərazisində binalar inşa olundu. Biz də müraciət etsək də, bizə müsbət cavab verilmədi. Bundan sonra aidiyyəti qurumlara müraciət etdik. Bərdə rayon icra başçısının və komitə sədri Əli Həsənovun qəbulunda olduq. Bildirdilər ki, növbəti mərhələdə bizə ev veriləcək. İkinci mərhələdə binalar tikildi, amma bizə yenə ev verilmədi. Bundan sonra prezidentə və birinci xanıma müraciət etməli olduq. Lakin gələn cavab məktubları Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən gizlədildi. Biz çox müraciətdən sonra arxivdən həmin cavab məktubunu əldə edə bildik və bizə göndərilmiş məktubu 4 ay sonra oxuyub, əslində bizə ev verildiyini, lakin bunun bizdən gizlədildiyini üzə çıxardıq”.
Ş.Əsgərova bildirib ki, onlara verilmiş ev hazırda qəsəbə məktəbinin direktoru olan şəxsə qeyri-qanuni şəkildə verilib. Çünki rəsmi sənədlərlə həmin mənzil məhz Ş. Əsgərovanın ailəsinə məxsusdur.
Məsələ ilə bağlı məktubu gizlədilən tərəf kimi ittiham olunan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik.
Qurumun mətbuat katibi Elçin Qədimov Lent.az-a bildirdi ki, komitə bütün vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşır : “Vətəndaşlar özləri ünvanladıqları məktublar, müraciətlərinin necə nəticələndiyi ilə həmişə maraqlanır, özləri bu işi icra edirlər. Şikayətçinin dediyi kimi Komitə tərəfindən hər hansı bir məktubun gizlədilməsi halından söhbət gedə bilməz”.
Komitədən o da deyildi ki, məsələ tam ətraflı araşdırılıb cavab veriləcək.
lent.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək