SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda dərman böhranı... - Deputat həmkarının da bostanına daş atdı

Bakıda dərman böhranı... - Deputat həmkarının da bostanına daş atdı

Tarix:

7-02-2017, 11:45

/ 1 926 dəfə oxundu.
Bakıda dərman böhranı... - Deputat həmkarının da bostanına daş atdı

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu gün olduqca aktual olan bir məsələ ilə bağlı "Facebook"da fikirlərini paylaşıb. Fazil Mustafa bu mövqeyi ilə dolayı yolla deputt həmkarının da bostanına daş atmış olur.

Həmin statusu olduğu kimi təqdim edirik:

"Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranib. Is o heddə catıb ki, əhali bizi təhgir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi citramon, korvalol, valerian, vitaminlər...hec nə yoxdur..Xahiş edirik bizə kömək edin!" Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".

Dia.az xatırladır ki, bu gün Azərbaycanda dərman bazarında ən böyük pay sahibi olan "Avromed" şirkətidir ki, onun da sahibi Fazil Mustafanın deputat həmkarı Cavanşir Feyziyevdir.

Şərhlər

XƏBƏR LENTİ