Təqaüdçülər işə çağrılır: Bu elanın reallıq payı nə qədərdir? - VİDEO
Təqaüddə olanlar diqqət xəbərə! Bakıda bəzi ərazilərə elan vurulub. Pensiyaçıların işə dəvət olunduqları yazılıb. Bəs görəsən bu elanın reallıq payı nə qədərdir?
“Təqaüddə olan xanımları və bəyləri işə dəvət edirik”
Bu elanı Bakının 20 yanvar və 3-cü mikrarayon dairələrinin ətrafında görmək olur. Sözügedən elanlar işıqdirəklərinə və ağaclara yapışdırılıb. Müəyyən bir vaxtdan sonra yaş öz sözünü dediyindən insanın əmək qabiliyyəti də aşağı düşür. Çox hallarda isə sağlamlıq pensiya yaşından artıq işləməyə imkan vermir.
Təqadçülərə təklif olunan işin mahiyyətini öytənmək üçün elanda göstərilən nömrəyə zəng etdik.
Belə məlum olur ki, pensiyaçı dərman və kosmetik vasiələri götürüb qapı-qapı dolaşıb satmalıdır. İşə düzələn təqaüdçüyə vergi ödəyicisi kimi VÖEN açılıb-açılmadığını öyrənmək istədikdə isə sualımız yarımçıq qaldı. Telefon arxasındakı qadın Xəzər Tv-dən olduğumuzu öyrəndikdə müsahibə verməkdən boyun qaçırdı.
Maraqlısı budur ki, elanı görən yaşlı nəslin nümayəndələri gözlərinə inana bilmirlər.Bunun qeyri-qanuni olduğunu düşünənlərlə yanaşı “iş insanın cövhəridir” deyənlər də var.
Qeyd edək ki, Əmək Məcəlləsi pensiya yaşı çatan şəxsin sağlamlığı əl verdiyi təqdirdə işləməsini qadağan etmir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...