“Xəstəxanadadır, atasının öldüyünü bilmir” - Eks-nazirdən kömək istədilər
Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarovun da adının hallandığı Xətai rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Uğur Vəliyevin yaxınları qəzaya səbəb olanların ailəyə köməklik etmələrini tələb edir.
Bununla bağlı “Qafqazinfo”ya müraciət edən Nailə Mirzəyeva bildirib ki, Uğur Vəliyevin 3 övladı var: “O qızı ilə kirayə tutduqları evdə yaşayırdı. Qızı ailəsindən ayrılıb. Himayəsində də 12 yaşlı bir övladı var. Evin tək köməyi ata idi. O qazanıb kirə pulunu və qızının xəstəxana xərclərini ödəyirdi. İndi qızı Ağciyər İnstitutunda ağır vəziyyətdə müalicə alır. Heç atasının rəhmətə getdiyini də bilmir. Biz hadisəyə səbəb olan hər iki sürücüdən, keçmiş xarici işlər nazirimiz Tofiq Zülfüqarov və Rasim Əsgərovdan ailəyə bu çətin vəziyyətdə kömək etmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirik”.
Xatırladaq ki, hadisə sentyabrın 15-də Bakıda Xətai rayonunda baş verib. Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşını keçib. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək