Bakının Aran zonasının bir hissəsi su altında qalacaq (SOS)
"Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində Azərbaycanın Aran zonasının bir hissəsi su altında qalacaq".
Bunu açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Xəzərdə suyun qalxması xəbərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sahilboyu hardasa 50-100 kilometrə qədər ərazi suyun altında qala bilər: "Mən bunu hələ 7 il qabaq demişdim. Xəzərin səviyyəsi 2040-cı ilə kimi yox, 2030-cu ilə kimi 2 metrə qədər qalxacaq. Xəzəryanı sahillərdə tikilən hündürmərtəbəli binalar, villalar suyun altında qalacaq. Mən qışın sərt keçəcəyini də söyləmişdim. İndi Bakıda 13-14 dərəcə istidir. Hərçənd ki, 40-50 il bundan qabaq oktyabrda hardasa 25-26 dərəcə olurdu. Bunlar iqlim dəyişikliyinin nəticəsidir. Hazırda yağışlar yağır, dağlara qar tökülür. Bu da qışın sərt keçəcəyinin xəbərdarlığıdır".
Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metrədək qalxacağının proqnozlaşdırıldığını deyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək