SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatın “Favorit”i Şeyxin oğlunun güdazına getdi - Şok təfərrüat

Deputatın “Favorit”i Şeyxin oğlunun güdazına getdi - Şok təfərrüat

Tarix:

2-10-2017, 11:58

/ 65 262 dəfə oxundu.
Deputatın “Favorit”i Şeyxin oğlunun güdazına getdi - Şok təfərrüat

Məlum olduğu kimi, “ARAZ SUPERMARKET” və “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar veriblər
Məlumata görə, “Favorit market” deputat Madər Musayevin nəzarətindədir.
Rəsmi xəbərdə deyilir ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.
Lakin sözügedən marketlərin birləşməsinin səbəbi kimi əl dəyişməsi göstərilir. Bildirilir ki, hər iki şəbəkə bir əldə cəmləşib. İddialara görə, “Favorit” market Hacı Madər Musayevin əlindən çıxıb.
Deyilənə görə, bu biznes deputatdan alınıb. Onun bazardan sıxışdırılıb çıxarılmasına səbəb və “Favorit”siz qalması məhz daha güclü fiqurların millət vəkilinə batması ilə müşayiət edilib.
Milli Məclis hələ Ali Sovet olan vaxtdan, 1990-cı ildən hər kəsin Hacı Madər kimi tanıdığı Madər Musayev deputatdır. Azərbaycanda 4-5 deputat var ki, bütün çağırışlarda millət vəkili seçiliblər, onlaradan biri də Hacı Madərdir.
Hacı Madər həm də Milli Məclisdə “ağzına su alıb” oturan deputatların başında gəlir. Bu günə kimi Hacı Madərin hansısa təklifi irəli sürdüyünü heç kim nə görməyib, nə də eşitməyib.
Bu qədər passiv bir deputatın Milli Məclisdə nə işi var anlamaq olmur.Hacı Madər hətta o qədər az danışandır ki, bir dəfə öz danışmaq hüququnu Zahid Oruca verib.
Bundan başqa, Hacı Madərin marketində dəfələrlə müştərilər aldadılıb. Vətəndaşlar vitrinlərdə yazılan qiymətlərlə kassada ödənilən məbləğ arasında kəskin fərq görüblər.
Əldə etdiyimiz məlumata görə, "Araz" Marketlər Şəbəkəsi Veysəloğlu Şirkətinə daxildir və sahibi Aydın Talıbovdur. "Favorit" Marketləri isə millət vəkili Hacı Madər Musayevə məxsusdur.
Hacı Madərin oğlu ilə bir neçə gün öncə ölkəni tərk etmiş Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ilə yaxın dostluq münasibətləri və biznes ortaqlığı olduğu söylənir.
Bu ehtimal əsaslı hesab edilir ki, son zamanlar Şeyxlə bağlı yayılan informasiyalarda həqiqət yükünü artırır. İddialar var ki, Şeyxin oğlu ilə Hacı Madərin övladının əlaqələri təsbit edilib.
Nəticədə Hacı Madər də qara siyahıda yer alıb. Hər iki marketin birləşməsi əvvəldən planlaşdırılmayıb və qəfil baş vermiş prosesdir.

Şərhlər

XƏBƏR LENTİ