SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heydər Əliyev fondunun ABŞERONDA inşaa etdiyi məktəbdə BAZAR AÇILIB... - İDDİA

Heydər Əliyev fondunun ABŞERONDA inşaa etdiyi məktəbdə BAZAR AÇILIB... - İDDİA

Tarix:

21-09-2017, 11:57

/ 954 dəfə oxundu.
Heydər Əliyev fondunun ABŞERONDA inşaa etdiyi məktəbdə BAZAR AÇILIB... - İDDİA

Vitse-prezidentə təqdim edilən müəllimlərin işinə son verilib....
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və fondun Vitse-Prezidenti Leyla Əliyeva 2016-cı il oktyabrın 6-da Abşeron rayon Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşaa edilən 4 saylı tam orta məktəbin açılığında iştirak edib. İşə qəbul edilmiş, açılışda iştirak edən və bir il çalışan, Müəllimlərin Diaqnostiq Qiymətləndirilməsində (DQ) 40 baldan yüksək nəticə göstərən müəllim heyəti kütləvi surətdə Xatirə Şabanova tərəfindən işlərinə son verilərək məktəbdən xaric ediliblər. Direktor tərəfindən işə qəbul edilmiş müəllim heyəti işsiz qalıb.

Təhsil Nazirliyi, İcra hakimiyyəti və Rayon Təhsil Şöbəsi susur...

Hal hazırda Masazır kənd sakinləri 4 saylı məktəbin direktorunun qanunsuzluqlarına yox deyərək etiraz etməkdədirlər. Redaksiyamıza edilən çox saylı zənglərdən də göründüyü kimi məktəb rəhbərinin atdığı addım ictimaiyyət tərəfindən pis qarşılanmaqla yanaşı həmçinin artıq Xatirə Şabanovanın həmin məktəbdə qalmasına da etirazlarını bildiriblər. Övladlarının gələcəyi ilə oynayan direktorun qəsdən və bilərəkdən təhsilin ilk günlərində bu cür addımlar atması və bunu RTŞ sğzcüsü tərəfindən qanuni edilib deyə reaksiya verilməsinidə pisləyiblər. RTŞ-nin məsələyə biganə yanaşması və müəllimlərin haqqlarını qorumamsıda göndərilən iddiaların öz təsdiqini tapmasına zəmin yaratmaqdadır. İddialarda isə məktəbin direktoru Xatirə Şabanovanın müəllimlərin rüşvət qarşılığında nazirliyə təqdimatını göndərərək işə götürdüyü qeyd edilir. Məsələyə ilə bağlı Məktəbin direktoru iddialara qarşı heç bir açıqlama verməməsi isə həmin iddialar ilə razılaşması anlamını verməkdədir.Nazirlik bu cür işinin öhdəsindən gələ bilməyən və kütləvi narazılıqlar yaradan kreslo sevərlərin işinə son vermədiyi müddətcə bu cür narazılıqların mütamadi hal alması xalqı hakimiyyətlə üz üzə qoymaqdan başqa heç bir məna verməməkdədir.

Bu gün isə redaksiyamıza verilən məlumatda rayon rəhbəri İradə Gülməmmədovanın həmin direktorunda məhs Zakir Fərəcovun kadrı olduğu üçün söz demək problemi yaşaması ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, Zakir Fərəcov Abşeron rayon əhalisini hakim dairələrdən narazı salaraq Rayon icra başçısı İradə Gülməmmədovanın vəzifəsindən salınması üçün bütün şəraitlərdən bacardığı qədər istifadə etməkdədir. Vaxtı ilə Z.Fərəcova müavin olan İ.Gülmməmədova keçmiş rəhbəri və ... qarşı heç bir addım ata bilmir. İradə xanımın bu qədər səsiz durması isə rayonda xaos yaranmasına rəvac verməkdədir..

Müəllimlərin qanuni haqqlarını qorumayan icra strukturu özünün yaratdığı rüşvət burulğanında batmaq ərəfəsindədir. Etibarlı mənbələrdən də verilən məlumata görə, bu cür məsələlərin ardı gəldiyi və həllini tapmadığı üçün İ.Gülməmmədovanın vəzifədən alınacağı qeyd edilir.

Araşdırmlarımız davam edir.

Şərhlər

XƏBƏR LENTİ