XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakıda 7 il övladı olmayan qadın üçəm dünyaya gətirdi (VİDEO)

Bakıda 7 il övladı olmayan qadın üçəm dünyaya gətirdi (VİDEO)

Bakıda 7 il övladı olmayan qadın üçəm dünyaya gətirdi (VİDEO)
21-09-2017, 11:53

Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib.

27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də, nəhayət, 7 il sonra o, bu ali sevinci yaşayıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib.

Əzizə Haqverdiyeva hisslərini belə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.