Bakıda 7 il övladı olmayan qadın üçəm dünyaya gətirdi (VİDEO)

Bakıda 7 il övladı olmayan qadın üçəm dünyaya gətirdi (VİDEO) Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib.

27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də, nəhayət, 7 il sonra o, bu ali sevinci yaşayıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib.

Əzizə Haqverdiyeva hisslərini belə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.
Geri qayıt