Sabirabad Perinatal Mərkəzində doğuşdan sonra ölən ananın yaxınları prokurorluğa şikayət edib
İmişli sakini olan qadının Sabirabaddakı Perinatal Mərkəzdə doğuşdan sonra ölümü faktı prokurorluq tərəfindən araşdırılır.
İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1985-ci il təvəllüdlü Nuranə Usubəli qızı Əzizova sentyabrın 10-da Sabirabad Perinatal Mərkəzində səhər saatlarında oğlan uşağı dünyaya gətirib. Qadın elə həmin gün gecə qəflətən dünyasını dəyişib.
Mərhumun əmisi Əfqan Yusifov bildirib ki, qardaşı qızı doğuşdan sonra palataya köçürülüb və vəziyyətinin normal olması barədə valideynlərinə məlumat verilib. Həmin gün valideynləri onu evə aparmaq istəsə də, həkimlər qadının bir gün nəzarətdə qalacağını bildiriblər. Lakin axşam saatlarında xəstəxananın növbətçi həkimi qadının halının pisləşdiyi barədə məlumat verib, bir qədər sonra isə N. Əizizovanın vəfat etdiyi məlum olub.
Onun dünyaya gətirdiyi körpənin vəziyyətinin normal olduğu bildirilir. Ananın ölümü ilə əlaqədar yaxınları tərəfindən Baş Prokurorluğa müraciət olunub. Hazırda Sabirabad rayon prokurorluğunda şikayət ərizəsi ilə əlaqədar araşdırma aparılır.
Məlumata görə, şikayət əsasında qadının meyiti ekspert tərəfindən müayinə olunub və müayinənin nəticəsi, ölüm səbəbləri yaxın günlərdə məlum olacaq.
Ananın ölümü ilə əlaqədar Səhiyyə Nazirliyinə də müraciət edilib.
Sabirabad Perinatal Mərkəzindən bildirilib ki, ölümün səbəbi məlum deyil, hazırda bununla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...