"Polislər məni döyüb telefonumu aldılar" - Jurnalist
Sentyabrın 19-da Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə Nərmin” şadlıq sarayının qarşısında polislər İslam Partiyasının üzvlərinə qarşı zor tətbiq ediblər.
Bu barədə Toplum TV-yə hadisə yerində olan "Vetenugrunda.az” saytının müxbiri Arzu Abdulla məlumat verib.
Onun sözlərinə görə, İslam Partiyasının 25 illiyini qeyd etmək istəyən partiya üzvləri "Kəmalə Nərmin” şadlıq sarayına toplaşıblar. Lakin tədbirin başlamasına yarım saat qalmış polislər restoranı bağlayıblar.
Səbəb olaraq da, suda zəhər aşkarlanmasını göstəriblər.
A.Abdullanın sözlərinə görə, polislər qonaqları təhqir edərək qovublar: "Binəqədi Rayon Polis şöbəsinin əməkdaşları bu davranışlarını çəkdiyimə görə məni döyüb telefonumu əlimdən aldılar. Çəkiliş zamanı polislər dəfələrlə məni təhqir etdilər. Mülki geyimli polis kürəyimə yumruq vururaq, telefonumu əlimdən aldı. Güclə telefonumu geri ala bildim. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə, həm də Ramil Usubova şikayət edəcəyəm. Düşünürəm ki, jurnalistə qarşı polislərin bu cür davranışları yolverilməzdir”.
Toplum TV məsələyə Daxili İşlər Nazirliyinin münasibətini öyrənə bilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...