Bakıda xəstəxanada 40 dərəcə qızdırması olan uşağa baxmağa həkim tapılmadı – VİDEO
Bakıda poliklinikada xəstə uşağa tibbi yardım göstərməyə həkim tapılmadı.Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasında baş verib.
Bu barədə uşağın atası Tural Yasinov məlumat verib. Belə ki, həkimlərin laqeydliyi görən ata baş verənləri mobil telefonuna çəkərək yayımlayıb və qəzəbini dilə gətirib. “40 dərəcə temperaturu olan uşağı axşam saat 6-da Maştağada 7 nömrəli xəstəxanaya aparmışıq. Bu boyda xəstəxanada heç bir həkim yoxdur. Ancaq tibb bacısı var. Uşaq az qala qızdırmadan öləcək, amma ona baxacaq bir növbətçi həkim tapılmır. Baş həkimə də zəng çatmır. Məcbur qalıb Əmircandakı 8 nömrəli xəstəxanaya apardıq. Xahiş edirəm, Səhiyyə Nazirliyi bu məsələrə ciddi yanaşsın. Dövlətin xəstəxanasında həkim tapılmır. Uşaq orada ölsə, kim cavabdeh olacaqdı?”
A24.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...