Yol polisi sükan arxasında qızının ölüm xəbərini alan sürücüyə yardım etdi (VİDEO)
Bakıda yol polisi sükan arxasında ikən qızının ölüm xəbərini alan qadın sürücüyə yardım göstərib.
Hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.
Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "10-VE-337" dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin qadın sürücüsü yolun ortasında qəfil əyləci basaraq avtomobili saxlayıb və maşından düşərək digər sürücülərdən onun avtomobilini idarə etmək üçün kömək istəyib. Onun bu davranışına qızının oxuduğu kollecdə öldüyünə dair xəbər alması səbəb olub. Xanım sürücü xəbərin təsirindən özünü itirib. Bu zaman ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin (YPX) 5-ci tağımına məxsus "99-YP-495" dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar xanım sürücüyə yardım göstəriblər.
Kiçik çavuş İlkin Məlikov xanımın avtomobilinə əyləşib və baş çavuş Ələsgər Cavadinin idarə etdiyi YPX-yə məxsus avtomobilin müşayiəti ilə qadın sürücünü sözügedən Bakı İdarəetmə və Texnologiya Kollecinə çatdırıb. Onlar əraziyə gəldikdə qızın ölmədiyi məlum olub. Kollecə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Öldüyü bildirilən gənc qız özünə gəlib. Qadın sürücü YPX əməkdaşlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, qız uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...