SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əlil ailəsi Şahilə Kərimova ölkə rəhbərliyinə müraciət etdi

Əlil ailəsi Şahilə Kərimova ölkə rəhbərliyinə müraciət etdi

Tarix:

12-09-2017, 21:36

/ 49 836 dəfə oxundu.
Əlil ailəsi Şahilə Kərimova ölkə rəhbərliyinə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Azərbaycan Respublikasının Baş Prokuroruna
Azərbaycan Respublikasının Daxili İşlər nazirinə və Bakı Baş Polis İdarəsi rəisinə
Səbail rayon prokuroruna
Ombudsman Aparatının rəhbərinə
Müstəqil KİV orqanlarına

Bakı, Səbail rayonu, Badamdar qəsəbəsi İ. Ağayev küçəsi ev 2, mənzil 5 ünvanında (kirayədə) yaşayan, Şəki şəhəri, V.İbrahimov küç., ev 2 “A”-da qeydiyyatda olan Kərimova Şahilə Əmircan qızı tərəfindən

“ Beyləqan rayon sakini Hümmətov Elçin İkram oğlunun dələduzluq əməli” barədə

Ş İ K A Y Ə T

Mən, 1953-cü ildə Şəki şəhərində anadan olmuş və 2000-ci ilə qədər burada yaşamış və ailə həyatı qurmuşam. Həyat yoldaşım Kərimov İsmayıl Nağı oğlu işdə istehsalat xəsarəti alaraq 1-ci qrup əlil olmuşdur.

Həyat yoldaşım 1-ci qrup əlil kimi dünyasını 1994-cü ilin dekabrın 24-də dəyişdi. Yoldaşım vəfat etdikdən sonra rayonda ailəmizin mənzil və dolanacaq vəziyyəti ağır olduğundan 1998-ci ildə Bakıya köçmək qərarına gəldik. Ali və orta təhsilim olmasa da aşpaz peşəsini yaxşı bildiyimə görə Bakıda müxtəlif kafelərdə günəmuzd işləməklə ailəmi birtəhər kirayədə qalmaqla dolandırırdım. Budur, 21 ildir aşpaz işləyirəm və ailəmin bir arzusu vardı ki, bizim də şəxsi evimiz olsun. 2012-ci ildə qəpik qəpik topladığım pulla Badamdar qəsəbəsində 2 sot torpaq sahəsi almışdım ki, bir balaca daxma tikib yaşayaq. Elə bu arada işlədiyim kafeyə gələn əslən Beyləqan rayonundan olan Hümmətov Elçin İkram oğlu fikrimi eşitdi və dərhal narahat olamamağı dedi. Söhbət əsnasında o bildirdi ki, təki torpaq olsun, ev tikmək asan məsələdir. O ev tikmək üzrə usta olduğunu, bu işdə köməkçilərilə qısa müddətdə evi tikib hazır edəcəyini bildirdi. Elçin bu məsləilə bağlı bir neçə dəfə yanıma gəlib-getdi. Məni tək ahıl qadın olduğuma görə güzəşt edəcəyini, qalan pulu da tələsmədən hissə-hissə ödəyərsən deməklə məni şirnikləndirdi. Mən belə bir “hümanist və xoşməramlı” ustanın sayəsində bir daxmaya sahib olacağımı düşünüb tez əlimdə olan gəlnimin qızıllarını lombarda girov qoyub pul götürmək və usta Elçinə vermək istədim. Biz bunun üçün vədləşdik ki, birlikdə gedib qızılları girov qoyub hələlik 1000 manat pul götürüb verim ki, evin tikintisinə başlasın. O məndən qızılları götürdü və sabahı günü lombardda görüşməyi dedi. Lakin sabahı gün Elçin məndən qabaq lombarda getmiş və mənə məxsus qızılları özü girov qoyaraq 700 manat pulu götürüb getmişdir. Elçinin özünə məxsus 070-717 40-30 mob nömrəsinə zəng edib danışdım. Dedi bibi narahat olma mən bir sıra hazırlıq işləri görüb tikintiyə başlayacağm. Amma aradan 1-2 ay keçsə də ondan səs çıxmadı. Mən onun atası Hümmətov İkramla ( 050-54816 86) telefonla danışdım ki, sənin dələduz oğlun Elçin barəsində şikayət edəcəyəm. Ev tikintisinə başlamırsa ya mənim qızıllarımı, ya da pulumu gətirib versin. İkram kişi yalvar-yaxar etdi ki, şikayət etməyim pulu-hissə hissə ödəyib girov qoyduğu qızılların götürülməsində köməklik edəcək. Həqiqətən də İkram kişi 400 manat gətirib verdi ki, aylardır lombardda girov qalmış qızılları azad etsin. Artıq Lombard bizdən 700 manat əvəzinə 1400 manat istədi. İkram kişi 400 manat mən də şəxsən borc aldığım 1000 manatı verib Elçinin özbaşına qoyduğu qızılları girovdan azad edib evə gətirdim. İkram kişi söz verdi ki, mənim ödədiyim 1000 (min) manat pulu da oğluilə birlikdə tezliklə tapıb gətirəcəkdir. Amma bu sövdələşmənin üstündən aylar keçsə də dələduz Elçinin atası İkram kişi də telefon zənglərimə cavab vermədi. Mən məcbur olub 102 xidmətinə zəng edib şikayət etdim. Şikayətim Səbail rayon Polis İdarəsinin 8-ci PB-də baxıldı. Amma dələduza qarşı hər hansı cinayət işi başlanmadı. Poislər mənə bildirdilər ki, bu iş mülki məslədir, get məhkəməyə müraciət et.
Mən polisin belə araşdırmasından razı deyiləm. Açıq-aşkar hiss etdim ki, bu iş üzrə onların maraqları dəlduzlar tərəfində təmin olunmuşdur. Yoxsa qanunvericilik etimadımdan süi-istifadə etməklə, mənə yalan vədlər verməklə əmlakımı ev tikmək adı altında ələ keçirib və sonda verdiyi vədi yerinə yetirməyən şəxsin əməlinə dəlduzluqdan başqa nə ad vermək olar ki, polis bu işi mülki məsələ adlandırsın? Mən dələduz Elçinə borc pul verməmişəm ki, geri qaytarmasını istəyim. Məni aldadaraq əmlakımı götürüb qaçan və sonda yerli-dibli itən bir cinayətkarın tapılmasını və dəymiz zərərin ödənilməsini tələb edirəm.Odur ki,Səbail RPİ-nin 8-ci PB-nin işi məni qəti qane etmədi üçün yuxarı orqanlardan kömək istəyirəm.
Çox hörmətli Prezident və Mehriban xanım Əliyeva! Mən 64 yaşlı kimsəsiz bir insan kimi Sizlərə müraciət edirəm. Mənim kimi çıxılmaz vəziyyətə düşən, birinci qrup əlil ailəsi olan kasıb ailəmizin haqqına girən, ev tikmək adıilə məni aldadaraq əlimdə olan son pulumu götürüb izsiz tozsuz yoxa çıxan əslən Beyləqan rayonundan olan dələduz Hümmətov Elçin İkram oğlunun tez bir zamanda tapılaraq cəzalanması və mənə dəymiş ziyanın ödənilməsi üçün aidiyyatı orqanlara lazımi göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən təşəkkür edirəm.

Dərin hörmətlə : Şahilə Kərimova ( mob.070-908 93 89)

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ