XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bərdədə mütəşəkkil dəstələr, narkobaronlar necə məhv edildi? - Araşdırma

Bərdədə mütəşəkkil dəstələr, narkobaronlar necə məhv edildi? - Araşdırma

Bərdədə mütəşəkkil dəstələr, narkobaronlar necə məhv edildi? - Araşdırma
11-09-2017, 09:55

Azərbaycan dövlətinin onurğa sütunu polisdir. Dövlətin onurğa sütunu sındırılarsa, onun bütün strukturları əyilər. Eləcə də ölkənin təhlükəsizliyinin taleyi sual altına düşər.
Xaos, özbaşınalıq, dələduzluq, mütəşəkkil cinayətkarlıq kütləviləşər. Azərbaycanın onurğa sütunu isə sağlam və möhkəmdir.
Narkotikə qarşı müharibə
Elə buna görədir ki, dövlətin ən etibarlı strukturlarından biri olan Daxili İşlər Nazirliyinin yüksək peşəkarlığı və rəhbərlik tərəfindən verilən tapşırıqların icrası ölkədə sabitliyin, əmin-amanlığın stabil olmasına xidmət edir.
DİN rəhbərliyinin göstərişlərinin öhdəsindən gələ bilməyənlər isə bu sistemin peşəkar fəaliyyətinə tormozlayıcı rol oynamasın deyə dərhal kənarlaşdırılırlar.
Çünki hədəf Azərbaycan xalqına xidmət, dövlətin və ölkənin asayişini qorumaq, zərərli fəaliyyətləri ifşa etməkdir.
Bu vəzifənin öhdəsindən gəlməyənlər zaman-zaman olublar. Nəticədə uğursuz, etinasız və tamahkarlıqdan irəli gələn xidmət ciddi fəsadlara yol açıb.
Onların yerinə təyin olunanların qarşısında isə DİN rəhbəri, nazir Ramil Usubov tərəfindən ilk tapşırıq və prioritet xidmət tələbi xalqa qarşı diqqətcil olmaq, müraciətlərə həssaslıq nümayiş etdirmək və cinayətkarlığa qarşı mübarizəni gücləndirmək olur.
Bərdə rayonundan gələn məktublar, sakinlərin yazdıqları, bu regionda yaşayan mənbələrin sadaladığı faktlar, əldə etdiyimiz məlumatları bir araya toplasaq, R.Usubovun ən uğurlu təyinatlarında birinin bu bölgəyə olduğunu əminliklə qeyd etmək olar.
Gələn məlumatlar və şahidlər təsdiqləyir ki, Bərdə rayonunda son dövrlərdə təhlükəsizliyin təminatında inqilabi irəliləyişlər var. İlqar Məmmədovun Bərdə Rayon Polis Şöbəsinə rəis təyinatı ciddi dəyişikliklərə səbəb olub.
Beləliklə: Bərdədə narkotik istifadəçiləri və ticarətçilərinə qarşı bir müharibə elan olunub. Qısa bir zamanda rayon polisi Bərdəni narkotikdən təmizləyib.
İndi kimsə cürət edə bilməz ki, bu regionda narkotik maddələrin dövriyyəsi, ticarəti ilə məşğul olsun, narkomaniya yayılsın.
Bərdə RPŞ rəisi əhalini zəhərləyənlərin kökünü kəsməyə nail olub. Məlumatlara görə, İ.Məmmədovun bu uğurlu əməliyyatları və tez bir vaxtda nəticə əldə edə bilməsi birbaşa nazirdən gələn tapşırıqlar əsasında həyata keçirilib.
R.Usubov onu təyin edərkən Bərdəyə gəlişində kriminogen mənzərənin dəyişdiyini görmək istədiyini bildirib. DİN rəhbərliyinin göstərişi ilə Bərdə narkotik və narkomaniyadan demək olar ki, xilas edilib.
Mütəşəkkil dəstələrin məhvi
Əslində, DİN rəhbəri bütün polis rəislərindən eyni tələblərin reallaşmasını gözləyir. Digər regionlarda da kriminogen vəziyyətə nəzarət yüksək səviyyədə təşkil olunub.
Sadəcə, Bərdədən daha çox informasiyalar və məktublar gəldiyi üçün bu rayona diqqət çəkməli olduq.
Bu informasiyalardan biri də ondan ibarətdir ki, Bərdə polisi cibgirlik, oğurluq, evlərin və ofislərin qarət olunması, quldurluq, dələduzluq, hədə-qorxu yolu ilə pul tələb olunması, mütəşəkkil cinayətkar dəstələrin yaradılması hallarına qarşı irmiqyaslı əməliyyatlar keçirib.
İ.Məmmədovun rəhbərliyi və təlimatları əsasında keçirilən ardıcıl əməliyyatlar nəticəsində Bərdədə kriminogen vəziyyət yenidən öz axarına qayıdıb.
Artıq vətəndaşlar sərbəst və təhlükəsiz şəkildə Bərdə ərazisində hərəkət edə bilirlər. Xüsusən də axşam saatlarında rayon içində hərəkət etmək təhlükəli idi.
Bu gün isə Bərdə etibarlı əllərdədir və mütəşəkkil cinayətkar dəstələr məhv edilib, oğurluq, quldurluq hallarına yol verilməsi mümkünsüzləşib.
Bərdəlilər öz polisinə güvənirlər və nazirliyin tapşırıqları təxirəsalınmaz şəkildə icra edilməklə yüksək nəticələr əldə olunduğunu müşahidə edirlər.
Əssasız saxlanma, təzyiq və...
İ.Məmmədovun fəaliyyəti eyni zamanda Bərdə RPŞ-nə tabe olan Bərdə Dövlət Yol Polis (DYP) əməkdaşlarının işində də görünür.
Bərdə rayonunda yeri gəldi-gəlmədi reydlər keçirilməsi, sürücülərin əsassız saxlanması, sənədlərinin tələb olunması, yol hərəkəti qaydasını pozmayanların saxlanaraq ümumi sorğu-sual edilməsi halları aradan qaldırılıb.
Nazir R.Usubovun tələb və tapşırıqlarının respublikanın hər bir yerində əməl olunması Bərdədən yan keçməyib. Bərdə DYP əməkdaşları ilə RPŞ əməkdaşlarının da vətəndaşları incitmədiyi qeyd olunur. Bərdədə əsassız saxlanma, polis şöbəsinə gətirilmə, dindirilmə, təzyiq kimi hallara son qoyulub.
Vətəndaşların polisdən incik və narazı salınması, nazirliyə şikayətlər göndərilməsi, müraciətlərə qarşı biganəlik İ.Məmmədovun gəlişi ilə kökündən yox edilmiş problemlərdir. Bərdə polisi vətəndaşların müraciət və şikayətlərinə operativ şəkildə reaksiya verir, araşdırır, lazımi tədbirlər görür.
Hətta vətəndaşlara qarşı qayğı polis xidmətindən bəzən kənara da çıxa bilir. Əldə etdiyimiz xəbərlərdən birində deyilir ki, bu yaxınlarda Bərdədə çox yoxsul, aztəminatlı bir ailənin müraciəti olub.
Məsələdən agah olan Bərdənin polis rəisi vətəndaş həmrəyliyi göstərərək, vəzifəsini də bir kənara qoyaraq sırf insanlıq naminə həmiin ailəyə əl tutub.
Sakinlərdən biri danışır ki, İ.Məmmədovun tapşırığı əsasında həmin ailənin üç aylıq ərzaq tədarükü görülüb.
Bu ərzaq səbətində ailənin qida ehtiyaclarından tutmuş uşaqların istəklərinə, məişət ləvazimatlarından gündəlik rələbat mallarına qədər əhatə edib.
Eləcə də Qurban bayramında polis rəisinin kəsdirdiyi iribuynuzlu heyvanlar Bərdədə yaşayan şəhid ailələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə paylanıb.
Təbii ki, bu insanlıq və yardımlaşmaq, paylaşmaq vəzifələridir. Rayon polis rəisi də qurban kəsdirməyə imkanı olan şəxslərdən geri qalmayaraq kasıb ailələri sevindirib.
Yeri gəlmişkən, Bərdədə yaşayan şəhid ailələri və məcburi köçkünlərə dövlət tərəfindən yüksək qayğı göstərilməklə yanaşı İ.Məmmədovun da diqqəti var.
Bərdə sakinləri ilə bərabər yurdundan didərgin düşən qaçqın ailələri, şəhid valideynləri və yaxınları RPŞ-nə müraciət etdikdə onların şikayət və problemləri dinlənilir, heç bir nəfərə də qarşı laqeydlik göstərilmir.
Məlumatlar həm də ondan ibarətdir ki, Bərdədəki sabitlik və yüksək səviyyədə qorunan asayiş sakinlərlə bərabər DİN rəhbərliyini də qane edir.
Nazirliyə çatan məlumatlar və araşdırmalar deməyə əsas yaradır ki, İ.Məmmədovun rəhbərliyi altında Bərdə polisi yorulmadan işləyir...

Xəyyam Salmanzadə

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.