XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO

Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO

Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
11-09-2017, 09:40

Bakının çox yerində yeraltı,yürüstü keçidlər var,hətta bəzi ucqar rayonlarda belə bu cür keçidlər var,ya da tikilir,amma təəsüf ki,əhalisinə görə ölkənin ikinci böyük şəhəri olan Sumqayıt bu imkanlardan yararlana bilmir. Sumqayıtda müəyyən abadlıq işləri aparılıb,amma şəhər əhalisini narahat edən kifayət qədər problemlər var ki,bunlardan biri də yollarda təhlükəsizliklə bağlıdır.Bu cür təhlükəli küçələrdən biri şəhərin 13-cü mikrorayon ilə 10-cu mikrorayon arasından keçən, bir tərəfdən Ü.Hacıbəyov ilə ,digər başdan isə Niyazi küşəsi ilə kəsişən Babək küçəsidir ki,buranı Sumqayıtın ən təhlükəli avtomobil yolu hesab etmək olar. Bildiyiniz kimi, Sumqayıtda bir sıra yerlərdə işıqforlar yenilənib, piyadaların həyatı üçün təhlükə yaradan avtomobil yollarına işıqforlar quraşdırılıb,ancaq bu adıçəkilən küçəyə aid deyil. Bir neçə il əvvəl bu küçə sakit küçə sayıla bilərdi,amma əhalinin sayı artığından,nəqliyyat vasitələrinin sayı da də anoloji olaraq çoxaldığından bu yol sumqayıtlıların qorxulu kabusuna çevrilib.
Keçən il bu yolun "Qayalı" marketin yaxınlığındakı hissəsində avtomobil yolunda baş vermiş qəza nəticəsində yoldan keçən 2 piyadanı maşın vuraraq ölümcül yaralamışdı. "Hiper" marketin yaxınlığında isə avtobusun vuraraq üzərindən keçən qız möcüzə nəticəsndə sağ qalmışdı. 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.Bu hadisələrin videoları da internetə yerləşdirilib.
Bu kimi hadisələr əslində bu küçədə daha çox olub,olur ,bəziləri qeydə alınmayıb və mətbuatda getməyib.
Çox da böyük olmayan bu küçə (uzunluğu təxminən 900 m) qəza baxımdan çox təhlükəli küçədir və Hindistanın yollarına oxşayır. Ələlxüsus axşamlar ,pik vaxtlarda burada maşınların intensiz hərəkəti ,alıcıların isə böyük ticarət mərkəzində alış-veriş etdiyi vaxt piyadalar üçün bu yol sress yaradır.Küçədə mövcud olan piyada keçidləri isə təhlükəsizliyi təmin etməyə kifayət etmir.Şəhərin büdcəsinə dövlət tərəfindən hər il milyonlarla pul ayrılmasına baxmayaraq piyada keçidlərinin rəngi gedib,heç görsənmir,amma 5-10 manat ayırıb zebraları ağartmırlar.Şəhərdəki bütün zebraların vaxtı-vaxtında rənglənməsi üçün mütləq dövlət başçısı gəlməməlidir ki?!Çox vaxr zebralar hansısa böyük tədbir keçiriləndə və tədbirin keçirildiyi yerlərdə ağardılır.Halbuki onların normal ağardılması nə qədər insanın həyatını xilas edə bilər.
"Hiper", həm də "Qayalı" marketin qarşısında yolu təhlükəsiz keçmək üçün piyada keçidi - zebra var. Lakin sürücülərin çoxu qaydaları pozaraq piyadalara yol vermir. Əlbəttə piyadaların ehtiyasızlığı da qəzalara az şərait yaratmır,amma problemi insanların öhdəsinə buraxmaqdansa daha düzgün olardı,ya küçənin Ü.Hacıbəyov küçəsi ilə kəsişən hissəsində işıqfor quraşdırardılar ,ya da daha yaxşı olardı yeraltı,yerüstü keçid.
Əgər bunlar çətin məsələdirsə piyada keçidlərinin yanına Dövlət Yol Polisi kameralar quraşdıra bilər və heç olmsa cərimələrdən çəkinən maşın sahibləri piyadalara yol verər. Yeri gəlmişkən biz sakinlər 2015 -ci ildə son parlement seçkiləriqabağı Azərbaycan Respublikası Milli Məclisinə 43 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş , sonradan seçilmiş Muxtar Babayev seçicilərlə görüş zamanı həmin ərazidə bu problemin həll olunmasınıda yardımçı olmasını,keçid quraşdırılmasını ondan xahiş etmişdik və o seçicilər qabağında söz verdi ki,"yeraltını bilmirəm,amma yerüstü keçid salmağa söz verirəm".Amma o deputat seçilsə də vədinə əməl etmədi və keçid salınmadı.
Ümumiyyətlə Sumqayıt infrastruktur baxımından çox kasıbdır. Bu şəhərdə bir dənə yeraltı keçid var. O keçid isə Sumqayıtın dəmir yolu stansiyasında,şəhərin kənarında inşa edilib. Bu keçid sərnişinlərin bir estakadadan başqasına təhlükəsiz şəkildə keçməsi üçündür.Amma şəhərin mərkəzi yerlərində Sülh və ya Nərimanov küçəsində və ya Heydər Əliyev prospektində əhalinin gur olduğu ,avtomobillərin isə intensiv hərəkət etdiyi yerlərdə yeraltı keçid quraşdırmağın vaxtı çoxdan çatıb.
Keçmiş icra başçısının vaxtında şəhərin Sülh küçəsində və Kimyaçılar meydanından Heydər Əliyev parkına olan istiqamətdə 2 yeraltı keçidin inşa olunması nəzərdə tutulurdu,amma icra başçısı da dəyişdi keçid-zad olmadı.
Bir ara deyirdilər nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ikitərəfli yolda Koroğlu prospektində yersütü keçid quraşdıracaqlar.
Küçənin hər iki tərəfində düz yolulun kənarında iri ticarət mərkəzlərinin -“Qayalı", "Hiper" ,yanacaqdoldurma stansiyasıyalarının , Green House ,”Xəlifə”, Şadlıq Sarayı ”Şərq” Ticarət Mərkəzi, Brand House geyim mərkəzinin,çoxsaylı, dükanların,kafelərin,çayxanalrın ,dövlət idarələrinin yaşayış binalarının ,dayanacaqların,marşrutların çoxluğu, da təbii ki,ərazini gedişli-gəlişli edir və piayada keçidləri,yolun digər o qədər intensiv olmayan başında(Nizami küçəsi ilə kəsişən hissəsində) yerdə işıqfor quraşdırılıb.Belə çıxır yolu təhlükəsiz keçmək üçün əgər bir başından mütləq 1 km yol getmək lazımdır,ya da avtobusa minib düşmək lazımdır.
Yolun 10-cu mkr.ərazisində isə piydalar üçün ümumiyyətlə yol yoxdur,obyektlər zəbt edib piyadaların gedə biləcəyi yeri.Bu səbəbdən piyadalar bu hissədən maşın yolu ilə maşınlarla bir getməli olurlar.
Nəzərə alın ki,artıq yeni dərs il yaxınlaşır və günü-gündən təhlükəli olan bu yol buranı keçmək məcburiyyətində olan kiçikyaşlı məktəblilər üçün də təhlükə mənbəyinə çevriləcək.
Məmurlar isə həmişəki kimi özlərinə xeyir gətirməyən bu kimi sakinləri narahat edən məsələlərə laqeydliklərini davam etməkdə davam edirlər.

Onu da qeyd edək ki, bu məsələ əslində dəfələrlə ölkə mətbuatında işıqlandırılıb,amma nə Sumqayıt icra hakimiyyəti,nə də aidiyyatı orqanlar indiyəcən ciddi bir tədbir görüblər və belə görünür ki,heç bu yazıdan sonra da görən deyillər.Əlac qalacaq onda daha yüksək instansiyalara müraciət etmək.Çünki bir çox yerli məmurların insanların təhlükəsizliyi görünür qətiyyən maraqlandırmır.
Ən azından sadaladığımız obyekt sahibləri bu barədə özləri tədbir görməyə çalışmalıdır. Əlbəttə Sumqayıtda bundan da vacib problemlər var amma razılaşın ki,əgər söhbət insan həyatından gedirsə bu əhəmiyyətsiz məsələ sayıla bilməz.Xatırlayırsınızsa bu yaxınlarda- iyulun 31-də Sumqayıtda 5 yaş yaşlı uşağı küçə iti parşalamışdı ,yazıq uşaq bir neçə gündən sonra ölmüşdü və bundan sonra şəhər rəsmiləri sahibsiz itlərə qarşı tədbir görmüşdülər.Amma bundan əvvəl yüzlərlə şikayət olurdu küçə itlərindən sakinlər tərəfindən.İndi belə çıxır bu yolda da allah eləməsin 10-larla adam ölməlidir ki,aidiyyatı qurumlar hərəkətə keçsin?!
Bir qrup Sumqayıt sakini

xalqxeber.az



Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO
Sumqayıtda Hindistan yollarını xatırladan ölüm küçəsi -FOTOLAR+VİDEO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.