Siyahıya otellər, aviaşirkətlər, arzuolunmaz turistlər daxil ediləcək
Azərbaycan Turizm Assosiasiyası turizm sənayesi iştirakçılarının “Qara siyahı”sını tərtib edəcək.
Məlumata görə, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirib ki, əvvələr də belə siyahını hazırlayırdılar. İndi isə onu bərpa etmək qararına gəliblər. Bu siyahiya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də axil ediləcək: “Siyahıya dəyişiklikləri ancaq AZTA üzvləri edə biləcəklər. Hər bir təklif olunan məlumat diqqətlə öyrəniləcək, ancaq bundan sonra siyahıya əlavə olunacaq. Belə təcrübə bir çox ölkələrdə tətbiq olunur və yarana bilinəcək risklərin, eləcə də digər bazar iştirakçılarının mənfi nüfuzunun formalaşmasının qarşısını almaq üçün kifayət qədər səmərəli vasitədir”.
N.Bağırov qeyd edib ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır.
Onun sözlərinə görə, assosiasiyaya üzv ancaq turizm qanunvericiliyinə uyğun fəaliyyət göstərən və turistlərin hüquqlarını təmin edən şirkətlər ola bilər.