SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR

"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR

Tarix:

7-09-2017, 17:46

/ 108 533 dəfə oxundu.
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR

Hövsan qəsəbəsi, “Duzlu göl” pansionatında məskunlaşan məcburi kökçünlər yaşadıqları acınacaqlı şəraitdən narazıdır. 50-yə yaxın ailə birmərtəbəli, köhnə, qəzalı vəziyyətdə olan pansionatda məskunlaşıblar.

Qeyd edək ki, pansionat “duzlu göl”ün yaxınlığında inşa olunub və 1993-cü ildə istifadəyə verilib. Bir il fəaliyyət göstərdikdən sonra məcburi köçkünlər buraya köçürülüb.

Musavat.com-un müxbiri adıçəkilən pansionatda olub, sakinlərin gileyini dinləyib.

Burada yaşayan ailələr kommunal problemlərdən əziyyət çəkirlər. Pansionatda tez-tez qaz kəsilir, tor şəklində bir-birinə dolaşan işıq və kanalizasiya xəttləri sıradan çıxır. Maddi vəziyyətləri ağır olan sakinlər öz vəsaitləri hesabına çətinliklə də olsa, bərpa etməyə məcbur qalırlar.

Məcburi köçkünlər qəzalı vəziyyətdə olan pansionatın bir gün uçacağından qorxduqalarını dilə gətirdilər: “Pansionata kənardan baxanda böyük görünür. Ancaq içəriyə daxil olanda xırda, ensiz otaqların olduğunu görərsiz. Burada ən böyük otaq 7-8 kvadratmetrdir. Elə otaqlar var ki, çox ensizdir. Camaat evinə yalnız axşam yatmağa gəlir. Böyük ailəyik, güclə evə sığışırıq. Normal bir mətbəximiz yoxdur. Divarlar çatlayıb, toz-torpaq yeməyin içinə tökülür. Hər tərəfimiz gəmirici həşəratlarla doludur. Vəzifəli şəxslər gəlib, bizim günümüzü görsünlər. Bu şəraitdə uşaq saxlamaq olar? Qış aylarında otaqlar buz kimi olur. Yağış suları evin içinə dolur. Pansionatın qəzalı olması ilə bağlı sənədlər də var. Dəfələrlə vəziyyətimizlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin bizimlə maraqlanan yoxdur”.

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR
"Qaçqınkom" şefi üçün bu talelər maraqlı ola bilər... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ