SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AMEA-nın keçmiş şöbə müdiri həbs edildi

AMEA-nın keçmiş şöbə müdiri həbs edildi

Tarix:

28-08-2017, 18:50

/ 74 760 dəfə oxundu.
AMEA-nın keçmiş şöbə müdiri həbs edildi

AMEA Fəlsəfə və hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib.

Bu barədə məlumatı AMEA-nın əməkdaşı Rüşan Rüşanzadə məlumat yayıb.

İddiaya görə, o, dələduzluqda ittiham olunur və onun barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Əhmədzadənin adı bir sıra qalmaqallarda hallanıb. Ancaq 2016-cı ilin martında Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə Musavat.com-a göndərdiyi cavab yazısında onun nümunəvi kadr adlandırmış və bu sözləri yazmışdı:

“Xaliq Əhmədzadə Naxçıvan MR-də 12№ li orta məktəbi 1990-cı ildə “qızıl” medalla bitirmiş, beş dəfə riyaziyyat-fizika üzrə keçirilən Beynəlxalq Olimpiadaların qalibi olmuş, 1990-1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə (TB-İ № 095066, Qeydiyyat № 1403);

2000-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə (AB- İ № 083557, Qeydiyyat № 120) bitirmiş, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona 2001-ci ildə (11 iyul 2001-ci il tarixli 27 №li protokol) texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

Qeyd etmək istərdim ki, Xaliq Əhmədzadə nümunəvi ailə başçısı, əxlaqlı, elmi etikaya sahib, savadlı bir hüquqşünas alim kimi institutumuzun ən nizam-intizamlı əməkdaşlarından biri olmaqla bərabər, institutun ictimai həyatında olduqca aktiv iştirak edir”.

Direktorun bu sözlərinə baxmayaraq, X.Əhmədzadənin az sonra AMEA-dakı vəzifəsindən azad edildiyi bildirilir.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ