Xəzər rayonunda törədilmiş qətlin üstü açılmışdır - RƏSMİ
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən növbəti dəfə peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Xəzər rayonunda törədilmiş qətlin üstü açılmışdır.
Belə ki, cari il avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirmişdir.
Məlumatla əlaqədar həmin şəxs itkin düşmüş kimi polis tərəfindən axtarışa verilmişdir. İlkin araşdırmalarla Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış S.Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərmişdir. Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat vermiş və bununla da A.Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğunu üzə çıxarmışdır.
Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis idarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab edilən A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilmişdir.
Məlumatla əlaqədar polis və prokurorluğun əməkdaşları avqustun 25-də dərhal Binə qəsəbəsinə gələrək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş, meyit basdırıldığı yerdən çıxarılmış, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. S.Abıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...