Qəbələdə “Unikal” restoranında ərəblərə 617 manatlıq hesabı ödətdirdilər – FOTO
Azərbaycan rayonlarından birində xoşagəlməz hadisə baş verib.
Turizm şirkətlərindən birindən verilən məlumata görə, 10-u böyük, 5-i uşaq olmaqla 15 nəfərlik ərəb turistdən ibarət qrupa Qəbələyə tur təşkil edilib.
Yolda turistlər “Unikal” restoranında qəlyanaltı etmək qərarı verib. Ərəb turistlərə bu qəlyanaltı 617 manata başa gəlib:
“Bələdçi əvvəlcə ofisiantlardan menyu soruşub və cavabında menyu olmadığını bildiriblər. Sonra kababın qiyməti ilə maraqlanıblar. Cavab verdilər ki, bir porsiya 11 manatdır. Ərəblər yemək sifariş verib və daha sonra hesab istəyiblər. Sonda 617 manatlıq hesab gəlib. Qiymətlər qəbzdə göstərilib”.
Turistlərin qiymətə narazılığına restoranın sahibi belə cavab verib:
“Mən ölkədə ən gənc generalam və heç kəs mənə heç nə deyə bilməz”.
“Sonra təhqiramiz sözlərlə ərəbləri söydü. Bələdçi qızın bu sözlər qarşısında ağlamağa başlamasından sonra turistlər hesabı ödəmək məcburiyyətində qalıb. Restoran sahibinin sözlərinə görə, İsmayıllı rayonunun polisinə müraciət etmək mənasızdır”, – deyə şirkətdən bildirilib.
Həmçinin turizm şirkətindən qeyd etdilər ki, ərəblər praktik olaraq eyni sifariş üçün Qəbələdə restoranda cəmi 220 manat ödəyib.
“BAKU.WS”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək