SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat "Azercell" və "Bakcell"i yıxıb-sürüdü: Vətəndaşları soyurlar

Deputat "Azercell" və "Bakcell"i yıxıb-sürüdü: Vətəndaşları soyurlar

Tarix:

9-08-2017, 17:26

/ 158 962 dəfə oxundu.
Deputat  "Azercell" və "Bakcell"i yıxıb-sürüdü: Vətəndaşları soyurlar

Dəfələrlə istifadəçilərin Azərbaycanda xidmət göstərən mobil operatorlardan şikayətçi olduğunun şahidi olmuşuq.
Bu dəfəki şikayətçi isə millət vəkili Fazil Mustafadır. O, “Azercell” və “Bakcell” şirkətlərindən narazı olduğunu öz Facebook səhifəsində yazaraq bildirib.
“Azercell ve Bakcell nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi cümlətanı 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən. Zəng vurursan mobil operatora deyir ki bu bizim xidmət deyil filan nömrə ilə əlaqə saxlayın, bu onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən başqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər, ya xanım, ya bəy cavab verir ki, siz internetde filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı, gözəlim məmləkətimizdə kim- kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdur. Stop yazıb durdurmağa 2 AZN pul çıxılır.
Mobil operatorlar deyir ki, bizlik hec nə yoxdu Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər bu şirkətlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər oğurlanılaraq qazanılır bu smslərlə. Təsəvver edin ki, bu kimi fəaliyyət gostərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmiş səhifələrin xəbərlərini oxumaqdır. Vətəndaşı ən mədəni formada belə soyarlar e… Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə… Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək sms vurub qazan doldururlar”.

A24.Az

Şərhlər

XƏBƏR LENTİ