SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil naziri Prezidentin göstərişlərinin əleyhinədir

Təhsil naziri Prezidentin göstərişlərinin əleyhinədir

Tarix:

9-08-2017, 17:12

/ 158 833 dəfə oxundu.
Təhsil naziri Prezidentin göstərişlərinin əleyhinədir

Son illər bəzi dövlət məmurları nədənsə açıq şəkildə Prezident İlham Əliyevin sərəncam və göstərişlərinin ziddinə gedirlər
Nazirlərdən isə deyilənə misal olaraq təhsil naziri Mikayıl Cabbarovu göstərmək olar. Mikayıl Cabbarovun kimin heasbına nazir gəlməsi də hamıya yaxşı məlumdur. Belə halda nazir ixtisasca hüquqşünas olsa da ona birinci hörmət əlaməti olaraq hüquqşünas ola-ola təhsil naziri qoyulması bu gün də düşündürücüdür. Hüquqşünasın Azərbaycanda ilk dəfə olaraq təhsil naziri postunda əyləşməsi, ümumiyyətlə təhsil sisteminə ziyandan savayı xeyiri olmadı. Sirr deyil ki, nazir ali məktəb rəhbərlərini demirik, kollec direktorlarının çox hissəsinin nə özünü görüb, nə də onların əməllərindən xəbəri yoxdur. Demək nazir təhsillə maraqlanmır, sadəcə vaxt aparır.
Bu da o qədər narahtçılıq yaratmır, elə də tanıyıb-tanımamağının əhəmiyyəti yoxdur. Sözümüzün canı Mikayıl Cabbarovun Prezidentin tapşırıqlarına məhəl qoymamasıdır.
Hamıya yaxşı məlumdur ki, İlham Əliyev ölkədə xalçaçılığın, baramnın, tütünün və fdındıqçılığın inkişafına xüsusi dəyər vermişdir. Üstəlik 4 iyun 2017-ci ildə “Barama, tütün və fındıq istehsalının inkişafı məsələsinə dair “res publika müşavirəsində yüksək dövlət orqanlarının nümayəndələrinə də göstərilən sahələrin inkişafı üçün xüsusi tapşırıq verdi. Üstəlik, Prezident İlham Əliyev xalçaçılığın inkişafına da xüsusi diqqət ayırdı. Bu gün isə xalçaçılığın inkişafı üçün yeni kadrların tələb olunduğu halda peşə litseylərində xalça qruplarının ləğvi, əvəzində lüzumsuz qrupların yaradılıması onu göstərir ki, Mikayıl Cabbarov Prezidentin siyasətinin əleyhinədir. Axı xalçaçılıq necə inkişaf etdirilməlidir ki? Təbii ki, orada çalışacaq kadrların peşə təhsili, bacarığı və səriştəsi xalçaçılığı inkişaf etdirə bilər.
Bir qrup Qazax Peşə Litseyinin həmin ixtisas üzrə müəllimləri redaksiyaya ünvanladığı ərizədə açıq şəkildə deyilənləri etiraf edirlər. İşə baxın ki, nazirlikdə çalışan bürokratların əli ilə Prezidentin xalçaçılığın inkişafına əks olaraq peşə litseyərinə pullu xalça qrupu göndəriblər. İllik ödəniş isə 350-500 manat olmaq şərti ilə. İndi siz deyin, sosial və iqtisadi çətinliyin belə bir astanasında, aşağı təbəqənin çörək almağa gücü çatmadığı bir dönəmdə kim 500 manat tapıb uşağını xalşa öyrənməyə göndərər? İkincisi də peşə litseyinə pulsuz göndərilən satıcı qrupu kimə və nəyə lazımdı? Bütün işləyən iaşə və ticarət obyektlərində çalışanların hamısı oxumamış satıcıdır. Buna orta təhsil də bəs edər. Sadəcə vurub, çıxamğı bilsinlər. Belə halda bu cür lazımsız qruplar yalnız litseyin direktorlarına cib xərcliyi və nazirlikdə işləyənlər üçün bayramlıqdı.
Xalça qruplarının pullu olasının özü bildirdiyimiz kimi prezident siyasətinin əlehinədir. “Xala xətrin qalmasın”- deyə qrupu göndərirlər, lakin pullu edirlər ki, təhsil üçün şagird yığılmasın. Belə halda hansı xalçaçılığn inkişafından, hansı Prezidentə sadiqlikdən söz açmaq olar? Neçə ki gec deyil, Mikayıl Cabbarovun özü başda olmaqla, əlaqədar rəhbərlərin də düşünməklərinə dəyər.

Şərhlər

XƏBƏR LENTİ