Beyləqanda müəmma: Zahid Sadıqov idarə rəisi təyin olunub? - İdarə rəisi olmaq uğrunda mübarizəyə isə...
Dövlət Su Ehtiyatları Agentliyində fəaliyyət göstərən idarə və müəsissələrin strukturlarının yenidən formalaşdırılmasına başlanılıb...
Poliqon xəbər verir ki, bununla bağlı artıq Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun daxili əmr verdiyi bildirilir. Əmrə görə qurumda işləyən rəhbər işçilərin vəzifələri yenidən təsdiq ediləcək. Strukturların və vəzifələrin yenidən formalaşdırılması Dövlət Su Ehtiyatları Agentliyi ilə "Azərsu" ASC-nin birləşdirilməsi ilə bağlıdır.
Poliqonun əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda fəaliyyət göstərən suvarma idarəsinin bir çox rəisləri vəzifələrini itirəcək. İdarə rəisi olmaq uğrunda mübarizəyə isə xeyli şəxslərin qoşulduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə idarə rəisi olmaq uğrunda mübarizəyə qoşulanlardan biri də 5 saylı regional su - kanal idarəsinin rəisi Zahid Sadıqovdur. Onun Beyləqan Suvarma Sistemləri idarəsinin rəisi təyin ediləcəyi bildirilir. Məlumata görə artıq Zahid Sadıqovun yaxın ətrafı onu idarə rəisi təyin edilməsi ilə bağlı təbrik edir. Zahid Sadıqovun idarə rəisi təyin edilməsi üçün sabah verilməsi gözlənilsə də, Dövlət Su Ehtiyatları Agentliyi sədri Zaur Mikayılovun belə bir əmri imzalaması Beyləqanda şübhə doğurmur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...