SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” şəhid ailəsini ziyarət etdi

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” şəhid ailəsini ziyarət etdi

Tarix:

31-01-2017, 10:50

/ 2 529 dəfə oxundu.
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” şəhid ailəsini ziyarət etdi

28 yanvar 2017-ci il saat 1600-da “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov, komitənin cənub bölgə rəhbəri Ağakərim Əzimov, komitənin mətbuat katibi Telman Mirzəyev şəhid Qurbanov Çingiz Salman oğlunun valideyinlərinə baş çəkib. Hamıya məlumdur ki, artıq 31 gündür torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyidi Ermənistan tərəfindədir. Düşmən tərəfi hələ də şəhidimizin cəsədini təhvil vermək istəmirlər. Bu məsələ ilə bağlı dünən 27 yanvar 2017-ci ildə “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov Beynəlxalq Qızıl Xaç Komitəsi Nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşmüş və bu barədə xeyli fikir mübadiləsi aparmışdır. Bu gün də “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” şəhidin yaşadığı evə gedərək atası Qurbanov Salman, anası və yaxın qohumlarına baş çəkmişdir. Çingizin valideyinləri və qohumları onun meyidinin hələ də qaytarılmamasından bərk narahatçılıq keçirdiklərini, hələ də özlərinə gələ bilmədiklərini bildirmişdilər. Onların sözləri ilə desək: “Çingizin şəhid olması bir tərəfdən, onun hələ də dəfn olunmaması bizi daha çox narahat edir və kədərləndirir”.
Söhbət zamanı Elşad Həmidov vurğuladı ki,: “Şəhid olmuş igid əsgərimiz Çingiz Qurbanov təkcə sizin deyil, o həmçinin bizim, bütün Azərbaycan xalqının oğludur. Dövlət qurumları, digər aidiyyatı təşkilatlar, bizim komitəmiz, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələ ilə məşğuldurlar. İnanıram ki, yaxın günlərdə əsgərimizin meyidi düşmən tərəfindən geri alınacaq və onu layiqincə dəfn edəcəyik. Allah bir daha rəhmət eləsin! Şəhidimizin ruhu şad olsun!”

Şərhlər

XƏBƏR LENTİ