SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər

"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər

Tarix:

7-02-2017, 13:08

/ 3 171 dəfə oxundu.
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər

Fevralın 6-da "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin sədri Elşad Həmidov, komitənin mətbuat katibi Telman Mirzəyev,  komitənin Cənub Bölgə rəhbəri Ağakərim Əzimov, komitənin sədr müavini Bəhmən İmanov, sədrin köməkçisi Teymur Qəniyev, Qrup Rəhbəri İqbal Mirzəyev, komitənin Baş Eksperti Aftandil Məmmədov, komitənin Şamaxı Bölgə rəhbəri Ramin Ağazadə və digərləri  Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər. 
Tədbirdə müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və digər rəsmi dövlət nümayəndələri, millət vəkilləri və ictimaiyyət təmsilçiləri də iştirak edirdilər. 
Qeyd edək ki, təxminən 40 günə yaxın idi ki, şəhidimiz Çingiz Qurbanovun nəşi işğalçı Ernənistan tərəfində idi. Şəhidimizin geri qaytarılması istiqamətində "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin sədri Elşad Həmidov da öz növbəsində respublikamızda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri xanım Elena Aymone Sessra ilə görüşmüş və mütamadi olaraq onlarla əlaqə saxlamışdı. 
Şükürlər olsun ki, möhtərəm prezidentimiz - Ali Baş Komandanımız cənab İlham Əliyevin, Müdafiə Naziri Zakir Həsənovun, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin, Xarici İşlər Nazirliyinin və bu işdə əməyi olan digərlərinin səyləri öz bəhrəsini verdi, şəhidimizin cənazəsi vətənə qaytarıldı. 
Vida Mərasimindən sonra Şəhid Çingiz Qurbanov doğulub boya-başa çatdığı Qusar rayonunda torpağa tapşırıldı. Komitənin üzvləri şəhidimizin dəfn mərasiminə də qatıldıılar. Allah Vətən torpağı uğrunda şirin canından keçən bütün Şəhidlərimizə rəhmət eləsin!
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi" i Şəhid Çingiz Qurbanov Salman oğlunun xatirəsinə həsr olunmuş vida mərasimində iştirak ediblər

Şərhlər

XƏBƏR LENTİ