SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Suraxanı RİH qaçqınlara “qara kağız” göndərdi: “Sabah sökürük...” (FOTO)

Suraxanı RİH qaçqınlara “qara kağız” göndərdi: “Sabah sökürük...” (FOTO)

Tarix:

1-08-2017, 16:16

/ 60 149 dəfə oxundu.
Suraxanı RİH qaçqınlara “qara kağız” göndərdi: “Sabah sökürük...” (FOTO)

Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsindəki "Duzlu göl" ərazisində obyektləri olan məcburi köçkünlərə “qara kağız” göndərib.

Bir qrup köçkünün verdiyi məlumata görə, avqustun 1-də RİH-dən onlara bildiriş gəlib.

Suraxanı RİH-dən gələn bildirişdə onların nəzərinə çatdırılıb ki, avqustun 2-si, səhər saatlarında onların obyektləri söküləcək.

Xəbərdarlıq məktubu alan köçkünlər deyirlər ki, ərazi özəlləşdirilib və həmin şəxslər vəzifəli adamın yaxınlarıdırlar.

Onlar da Suraxanı RİH-nin əli ilə obyektləri yerlə-yeksan etməyə hazırlaşırlar. Köçkünlərin sözlərinə görə, Duzlu göl ərazisindəki bu obyektlər onların yeganə dolanışıq yeridir.

Həmin massib SOCAR-ın balansındadır. Yaxınlıqda da şirkətin öz pansionatı var. 1993-cü ildən həmin ərazi məcburi köçkünlər üçün verilib. Şərait bərbad gündə olsa da, birtəhər yaşayırlar. İndi 47 köçkün ailəsi çörək yerindən didərgin salınır.

Sakinlər bildirirlər ki, məcburi köçkün olduğumuz üçün 1993-cü ildən aylıq icarə haqqı ödəmirdik:

“2009-cu ildə isə hər obyekt üçün külli miqdarda vəsait almağa başladılar. Dəfələrlə narazılığımızı bildirdik, çünki elə də güclü qazancımız olmurdu.

Hətta bir dəfə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Duzlu gölə gəlmişdi.

O, gölə məsul şəxsi yanına çağırıb, tapşırdı ki, məcburi köçkünlərə burada işləməyə şərait yaradılsın. Amma indi yenə gəlibklər sökməyə. Bir gün möhlət verilib, sabah səhər uçuracaqlar”.

qaynarinfo
Suraxanı RİH qaçqınlara “qara kağız” göndərdi: “Sabah sökürük...” (FOTO)
Suraxanı RİH qaçqınlara “qara kağız” göndərdi: “Sabah sökürük...” (FOTO)

Şərhlər

XƏBƏR LENTİ