Moskvadan qalan qisas: - Hacıqabuldakı qətlin təfərrüatları
Hacıqabulda beş nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub.
Hacıqabul Şəhər İcra Nümayəndəliyindən bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış:
“O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskavda yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver edirdilər.
Mübariz həmin şəxdən qisas almaq üçün səhər saat altı tamamda Qənbərovların həyətinə daxil olub. O, səhv edərək Qənbərovların qardaşının ailəsini qətlə yetirib. O, Moskvada yaşayan şəxsin ailəsini yox, onun əmisinin ailə üvlərini qətlə yetirib. Mübarizin səhv etməsinə səbəb isə Qənbərovlar ailəsinin bir həyətdə yaşaması olub. Səhər tezdən həyətə daxil olan Mübariz qarşısına keçən hər kəsə güllə atıb. Bu zaman qonuşlar polisə xəbər veriblər.
Polis həyətə daxil olan kimi, Mübariz gülləni özünə sıxıb. Beləliklə 5 nəfər hadisə yerindəcə ölüblər. Onlar Moskavda alver edən zaman aralarında münaqişə baş vermişdi. Mübarizin qətlə yetirdiyi ən gənc şəxsin isə 28 yaşı var. O da Moskvada yaşayan Natiqin əmisi oğludur. Mübariz də ailə həyatı qurmayıb. Bildiyimizə görə Mübarizin həbs olunmasına bu ailənin Moskvada yaşayan üzvü səbəb olub”- deyə İcra Nümayəndəliyindən bildiriblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...