Bakıda daha bir qəsəbə tamamilə söküləcək
Yaxın günlərdə Keşlədəki "Şanxay" adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq.
Bu barədə "Şanxay" sakinlərinin özləri məlumat veriblər.
"Şanxay"lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib.
Qəsəbə sakini Süleyman Məmmədov deyir ki, evləri qeydiyyata alanlar söküləcək evlərə görə ödəniləcək məbləği açıqlamır, bu isə sakinlərin narahatlığına səbəb olub. "Suallarımıza cavab ala bilmirik, heç kim kvadrat metrə görə nə qədər ödəniləcəyini demir. Bəziləri 1000, bəziləri isə 1200 manatdan ödəniləcəyini söyləyir. Bundan əlavə, həyət, qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmayacağını da öyrənə bilmirik", - Məmmədov qeyd edib.
Nizami Rayon İcra Hakimiyyətindən deyiblər ki, "Şanxay" qəsəbəsində evlər dəmiryolu xəttinin üstündə yerləşdiyindən söküntü işlərinə də Dövlət Dəmir Yolu İdarəsi QSC baxacaq.
DDYİ-dən isə suallarımıza cavab ala bilmədik.
Qeyd edək ki, "Şanxay"da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. "Şanxay"dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...