`Bazarstore`un bunu da etdiyinə İNANIRIQ... - ETİRAZ VAR...
"Bu şəkilləri indicə Hövsan Mida-2-dəki "BAZARSTORE" supermarketində çəkmişəm. Gördüyünüz kimi, "Saville" vermişelinin qiyməti məhsulun altında 1.15 AZN göstərildiyi halda, kassa qəbzində 1.62 AZN olub. Biz də o qədər ödəmişik..." Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Nadir Qocabəyli ifadə edib.
"Bu hala həmin marketdə dəfələrlə rast gəlmiş, etirazımı bildirmişəm" deyə etirazını bildirən jurnalist daha sonra belə davam edir: "Amma həyasızcasına cavab verirlər ki, rəfdəki qiymət başqa məhsula aiddir. "Başqa məhsul" isə orada yerli-dibli yoxdur.
Lakin marketdə işləyənlərin buna da cavabı var: "Həmin məhsul qurtarıb".
Yaxşı, həmin məhsul qurtarıbsa, qiyməti niyə orada qalıb? Həm də digər, qiyməti daha baha olan məhsulun altında...
O gün bir nataraz kassir qız hətta məni savadsızlıqda suçlayıb dedi ki, oxumağı bacarmıram. Nadir Qocabəyli oxumağı bacarmırmış...
Aidiyyatlı qurumlardan tədbir görmələrini tələb edirəm..."


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...