`Bazarstore`un bunu da etdiyinə İNANIRIQ... - ETİRAZ VAR...
"Bu şəkilləri indicə Hövsan Mida-2-dəki "BAZARSTORE" supermarketində çəkmişəm. Gördüyünüz kimi, "Saville" vermişelinin qiyməti məhsulun altında 1.15 AZN göstərildiyi halda, kassa qəbzində 1.62 AZN olub. Biz də o qədər ödəmişik..." Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Nadir Qocabəyli ifadə edib."Bu hala həmin marketdə dəfələrlə rast gəlmiş, etirazımı bildirmişəm" deyə etirazını bildirən jurnalist daha sonra belə davam edir: "Amma həyasızcasına cavab verirlər ki, rəfdəki qiymət başqa məhsula aiddir. "Başqa məhsul" isə orada yerli-dibli yoxdur.
Lakin marketdə işləyənlərin buna da cavabı var: "Həmin məhsul qurtarıb".
Yaxşı, həmin məhsul qurtarıbsa, qiyməti niyə orada qalıb? Həm də digər, qiyməti daha baha olan məhsulun altında...
O gün bir nataraz kassir qız hətta məni savadsızlıqda suçlayıb dedi ki, oxumağı bacarmıram. Nadir Qocabəyli oxumağı bacarmırmış...
Aidiyyatlı qurumlardan tədbir görmələrini tələb edirəm..."


