Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.
Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarışılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.
Müəllimlər iş yerini diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər.
Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq həyata keçiriləcək.
Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla buradan tanış ola bilərsiniz.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb