SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şahdağa 12 sm qar yağıb - Faktiki hava

Şahdağa 12 sm qar yağıb - Faktiki hava

Tarix:

12-04-2024, 11:03

/ 427 dəfə oxundu.
Şahdağa 12 sm qar yağıb - Faktiki hava

 
Aprelin 12-si saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib. Qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub.

Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlı, Şəkidə 18 mm, Astarada 9 mm, Lənkəranda 8 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 mm-dək olub.

Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-da 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.

Şərhlər

XƏBƏR LENTİ