SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ əlili nazirə müraciət etdi: - “Həkim pulumu qaytarmır”

Qarabağ əlili nazirə müraciət etdi: - “Həkim pulumu qaytarmır”

Tarix:

25-07-2017, 17:04

/ 80 086 dəfə oxundu.
Qarabağ əlili nazirə müraciət etdi: - “Həkim pulumu qaytarmır”

1-ci qrup Qarabağ əlili Dağbəyi Məmmədov şikayətçidir.

O, Cebhe.info-ya açıqlamasında deyib ki, 2015-ci ildə Səməd Əmirov ad-soyadlı stomotoloqa protez diş düzəltdirmək məqsədi ilə müraciət edib. “Səməd Əmirov guya mənə protez diş düzəldəcəkdi. Müvəqqəti plastik nəsə gətirib, o da sınıb, odur-budur gözə dəymir…

Dəfələrlə ondan tələb etdim ki, pulumu geri qaytarsın, lakin hər dəfə müxtəlif bəhanələr gətirdi. Bu adam məndən ilkin ödəniş 450 AZN olmaqla, toplam 1000 AZN pul alıb. Nə protezi düzəldib, nə də pulu qaytarıb. 2 il öncə dilindən kağız verib, pulu qaytaracağına söz versə də məni süründürür. Hətta məsələyə polis də müdaxilə edib, amma heç bir nəticə yoxdur. Dəhşətdir! Əlil arabasına möhtac, hərəkət məhdudiyyətli əlili aldatmaq hansı vicdana sığır?”, - deyə müsahibimiz bildirib. Artıq Dağbəyi Məmmədov məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova şikayət ərizə ilə müraciət edib.

Stomotoloq Səməd Əmirov isə bizimlə söhbətində öncə “Mən elə bir şəxsi tanımıram” deyib. Daha sonra isə Dağbəyi Məmmədovun yalan danışdığını iddia etdi:

“Pulunu tələb edə bilməz. Mən ərizəmi yazıb vemişəm, polis bölməsindədir. O da versin məhkəməyə, araşdırsınlar. Deyir ki, həqiqətən də ondan min manat aldığıma dair kağız yazıb, vermişəm. Mənə təzyiq edib, yazdırıb. Ondan pul almamışam. Mənə 350 manat pul verib. Gəlsin, 350 manat pulunu da özünə qaytarıram. Amma yanında 2 nəfər adam da şahidi olsun. O adam əlildir, pis çıxmasın, problemli adamdır, qocadır. Ancaq bir söz deyir, “səni tutduracağam”. Versin məhkəməyə, qoy məni tutsunlar. Eybi yoxdur, mən hüquqlarımı müdafiə etməyi bacarıram. O adamın verdiyi beh yazılı formada məndədir. Protezləri də həmçinin. 350 manat pul verib. Onu kimsə “doldurub”. Dağbəyini mənim yanıma arabada qızı gətirmişdi. İndi qızı ortalıqda yoxdur. Deyirəm ki, qızı çıxsın ortalığa desin ki, mən sənə min manat pul vermişəm. Əgər elədirsə, verməsəm, nakişiyəm. Əgər özünə hörmət edirsə, gəlsin, həll edək. Qaçmıram, çəkinmirəm, utanmıram”.
Qarabağ əlili nazirə müraciət etdi: - “Həkim pulumu qaytarmır”
Qarabağ əlili nazirə müraciət etdi: - “Həkim pulumu qaytarmır”
Qarabağ əlili nazirə müraciət etdi: - “Həkim pulumu qaytarmır”

Şərhlər

XƏBƏR LENTİ