Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən
“Samsung” şirkəti əvvəllər yalnız “Galaxy S24” seriyalı smartfonlarda mövcud olan “Galaxy AI” süni intellekt funksiyalarını digər “Galaxy” modellərinə əlavə edəcək.
“One UI 6.1” proqram yeniləməsi bu gün buraxılacaq və “Galaxy S23”, “S23 FE” seriyası, “Galaxy Z Flip 5”, “Z Fold 5” və “Tab S9” planşetləri də daxil olmaqla əvvəlki nəsil “Samsung” cihazlarına “Galaxy AI” imkanlarını gətirəcək.
Bildirilir ki, “Galaxy AI”nin ən maraqlı xüsusiyyətlərindən biri “Circle to Search”dir. Belə ki, nun köməyi ilə siz smartfonun ekranında görünən hər şeyi dairə edə bilərsiniz və smartfon dərhal İnternetdə bu barədə məlumat tapacaq.“Samsung Phone” proqramında başqa dillərdə danışan insanlarla telefonla əlaqə saxlamağa imkan verən Canlı Tərcümə funksiyası olacaq və “Galaxy AI” söhbəti hər iki tərəf üçün real vaxt rejimində tərcümə edəcək.
“Galaxy AI” xüsusiyyətləri smartfonlarda fotoqrafiya təcrübəsini də artıracaq və “Notes” proqramında “Note Assist” istifadəçilərin qeydlərinin xülasəsini yaradacaq və onları daha başa düşülən etmək üçün məzmununu dəyişdirəcək.
Nəzərə alsaq ki, “Qualcomm Snapdragon 8 Gen 3” çipi ilə təchiz edilmiş “S24” seriyalı smartfonlardan fərqli olaraq, digər modellərdə daha zəif prosessorlar var. Bu, “Galaxy AI” funksiyalarının sürətinə təsir edə bilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO