SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu dondurmalar təhlükəlidir (RƏSMİ)

Bu dondurmalar təhlükəlidir (RƏSMİ)

Tarix:

25-07-2017, 12:56

/ 65 208 dəfə oxundu.
Bu dondurmalar təhlükəlidir (RƏSMİ)

"Panda", "Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında bağırsaq çöpləri aşkar edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi və Səhiyyə nazirliyi birgə araşdırma aparıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib. məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda", "Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında, "Matroskin" südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda "Karolina" və "Zontik" plombir dondurmalarında, eləcə də "Matroskin" südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Ona istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

İstehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ