DİM imtahandan nə qədər qazandı? (MƏBLƏĞ)
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini dünən elan edib.
İmtahanda iştirak etmək üçün ərizə vermiş 27962 abituriyentdən 1366 nəfəri gəlməyib. 13 abituriyent qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə edib?
Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərziə veriənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablamaq olar...
Beləliklə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 27962 abituriyent ərizə vermişdi ki, bu da adambaşına 40 manat deməkdir. Deməli, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 118 min 480 manat vəsait əldə edib.
Xatırladaq ki, DİM bundan öncə - iyulun 14-də II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 1 milyon 361 min 680 manat vəsait əldə etmişdi.
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...