Kəmaləddin Qafarov yenə də XƏYAL QURUR... - Nazir ola bilməsə də...
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasına dəyişiklik gözlənilir.
Məlumata görə TƏBİB-in Müşahidə Şurasının üzvləri artırılacaq.
Bildirilir ki, TƏBİB-in Müşahidə Şurasında yer almaq istəyən şəxslərdən biri də deputat Kəmaləddin Qafarovdur. Lakin onun dərman monopolisti kimi tananması və bir sıra korrupsiya layihələrində adının keçməsi Qafarova ciddi problemlər yaradıb.
TƏBİB-dəki mənbə deyir ki, Kəmaləddin Qafarov bir müddət öncə eyni cəhdi hansısa nazir postunu tutmaq üçün də edib, amma nail ola bilməyib.
Kəmaləddin Qafarov Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzinin Baş direktor müavinidir.
Mediada yazılanlara görə Kəmaləddin Qafarov “Kanon” apteklər şəbəkəsinin sahibidir.
Onun eyni zamanda ölkəyə onkoloji dərman preparatları və vasitələri gətirən xeyli sayda şirkətlərinin də olduğu yazılıb.
K. Qafarova aid olan şirkətlərdən biri də “Azəri Med” MMC olduğu deyilir.
Mövzu ilə bağlı Kəmaləddin Qafarovla əlaqə saxlamaq mümkün olmayıb. Ümumiyyətlə, Kəmaləddin Qafarov mediaya qapalı deputatlardan sayılır və ictimai rəyi ümumən nəzərə almır.
Arqument.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO