“Beyaz” şou yenidən başlayır?
Aparıcı Beyazıt Öztürk keçmiş layihəsi "Beyaz" şou haqqında danışıb.
Sənətçi verilişi yenidən çəkməyi düşündüyünü, daha yaxşısı üçün hazırlaşdığını deyib.
"Tez-tez "yenidən başlayacaq" deyə xəbərlər çıxır. Onların bir qismi doğru, bir qismi yanlışdır. Elə bir niyyətimiz var. Vaxtı ilə bağlı isə dəqiq məlumat verə bilməyəcəm. 5 il əvvəl çox gözəl yerdə bitirdik. Verilişə yeni bir şeylər əlavə edib, daha fərqli bir iş hazırlamaq istəyirəm. İnsanlar deməsin ki, yeni eynisini edib. Televiziyada izlənəcək layihələrin sayı azalıb. İndi insanlar TikTok-da 5 saniyədə istədiyini izləyir, bəyənmədisə, ötürür. İndi mən əgər "gəl 2.5 saat məni izlə" deyirəmsə o verilişi doldurmağı bacarmalıyam", - deyə, o, bildirib.
Qeyd edək ki, Beyazıt Öztürk və Acun Ilıcalı ötən il şounun yenidən başlayacağını açıqlamışdı. Acun dəqiq vaxt deyərək, 31 dekabr 2023-də yayımlanacağını desə də, layihə baş tutmadı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...