İSRAFİL KƏRİMOV ÜÇÜN ÖZƏL GÜN...
Tanınmış jurnalist İsrafil Kərimov özünün yubiley yaşını qeyd edir. İsrafil Kərimov dövlət qulluğunda çalışmasına rəğmən, eyni zamanda köhnə silahdaşları hesab etdiyi mətbuat işçilərilə sıx təmaslarını davam etdirən tək-tük simalardan biridir.
Biz də redaksiya olaraq həmkarımızı, dostumuzu səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.
Qeyd edək ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub.
190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib.
Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib.
Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb. 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə, 2019-cu ilin noyabrında BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlərvə dini qurumlarla iş şəbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir.
“Tərəqqi”, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalları və bir sıra digər təltifləri vardır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Mütəmadi olaraq mətbuatda yazıları şap edilir.
Ailəlidir, iki övladı var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...