Təhsil İnstitutu vakansiya elan edib
Təhsil İnstitutu Layihələrin idarə olunması şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edib.
İnstitutun Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıq çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq bu istiqamətdə layihə təklifləri verir və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti, eləcə də şöbənin fəaliyyətinə uyğun olaraq digər funksiyaları həyata keçirir.
Vəzifə öhdəlikləri:
• Layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi;
• Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsi;
• Layihələr üzrə məlumatların təhlili və hesabatların tərtibi;
• Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
• Təhsil tədqiqatlarının aparılması;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
Tələblər:
• Ali təhsil;
• Təhsil, sosial və ya biznes sahələrində müxtəlif miqyaslı və əhəmiyyətli layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
• Təhsil sahəsi üzrə biliklər;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Rəqəmsal bacarıqlar;
• Komanda ilə iş bacarığı;
• Müstəqil tədqiqat bacarıqları;
• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• İngilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (IELTS, TOEFL və ya digər beynəlxalq dil sertifikatı arzuolunandır);
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 15.02.2024-cü il tarixinədək CV-lərini və maraq və motivasiyalarını ifadə edən müşayiət məktubları [email protected] elektron poçt ünvanına “Ad Soyad Aparıcı mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yalnız müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO