Azərbaycanda "WhatsApp+" istifadəçilərinə təcili xəbərdarlıq edildi - Diqqət!
Azərbaycanda "WhatsApp+" istifadəçilərinə təcili xəbərdarlıq edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.
Onun sözlərinə görə, hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır: "Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir. Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır".![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO