Abşeronda bu yol təmir edildi
Prezident İlham Əliyevin Abşeron rayonunun Saray qəsəbəsində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qəsəbənin Mikayıl Müşfiq küçəsi təmir edilib.
Agentlikdən verilən məlumata görə, uzunluğu 2 026 metr, ortalama eni isə 8 metr təşkil edən sözügedən küçə uzun müddət təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu. Artıq sadalanan problemlər geridə qalıb.
Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfiqi nişanlanma xətləri çəkilməklə yol yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO