XalqXəbər.Az

XalqXeber.Az » Şou-Biznes » "Fatimənin adı pomidor-xiyarın içində gedir" - Vasif Məhərrəmli

"Fatimənin adı pomidor-xiyarın içində gedir" - Vasif Məhərrəmli

"Fatimənin adı pomidor-xiyarın içində gedir" - Vasif Məhərrəmli
8-06-2021, 14:43

Rəqqasə Fatimə Fətəliyeva Əməkdar artist Vasif Məhərrəmli ilə aralarında yaşanan qalmaqaldan danışıb.
Sənətçi "ATV maqazin onlarla"da Vasifin onun ünvanına dediyi "Toylarda aşverəndir" sözlərinə aydınlıq gətirib. O bildirib ki, Vasiflə barışıblar:
"Verilişlərin birində qalmaqal yarandı, Vasifə zəng edildi. Orada menyuda adı pomidor-xiyarla bir gedən rəqqasə kimi adımı hallandırdı. Vasif bəylə dəfələrlə toylarda bir iştirak etmişik. Məni orada menyuda yox, ayrı görüblər. Restoranda işləyəndə gəlirdilər ki, kimləri dəvət edə bilərsiz? Vasif bəyi menyuda deməyiblər? Mən oynayanda tək idim? Məryəm Süleymanova, başqa rəqs qrupları da var idi. Məni istəyirlərsə menyudayam? Əgər menyudayamsa, adım pomidor-xiyarla çəkilməlidir? Vasifdən küsmüşdüm, dəfələrlə üz-üzə gəldik və üzümü çevirdim. Bir dəfə studiyada görüşdük, dedi, səni çox istəyirəm, bağışla. "Səninlə danışmayacam ömürboyu?",- dedi. Beləcə, barışdıq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.