Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir - Oğurluq edib
Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib.
Bəstəkar müğənnini oğurluqda ittiham edib.
Ç.Əhmədov "Bizimləsən" verilişində bildirib ki, Məhərrəmli mahnıda icazəsiz dəyişiklik edərək öz adına çıxıb:
"Çimnaz xanım" mahnısını yazmışam. Dəyişdirib, edib "Ay xanım" və özününkü kimi təqdim edir. Onun bu dəyişikliyə ixtiyarı yoxdur. Bunun üçün məndən icazə almalıydı. Dekabrın 28-də Vasifə zəng etdim, dedim. Amma qayıtdı ki, mahnına ikinci həyat vermişəm, mənə minnətdar ol.
Axı mahnıda Çimnaz adı yoxdur. Vasif məni saysaydı, zəng etsəydi, heç nə deməzdim. Hətta mahnını duet etdirəcəkdim. Vasif üç adama ziyan vurub. Bu ziyanı ödəməlidir".
"Ona zəng etdim ki, sizin mahnınızı oxuyacam. Qayıtdı ki, Çingiz Balaxanının mahnısıdır. Sonra yenidən zəng vurdu ki, sizi məhkəməyə verəcəm. Cavab verdim ki, get ver. Sonra müəllif hüquqlarından zəng etdilər ki, səndən şikayət var. Kişi fəxr etsin ki, mahnısını oxudum. Yaddan çıxmış mahnıdır", - Məhərrəmli söyləyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...