"Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim"
"Münasibət yoxdursda, yoxdur. İllərdir bir-birimizdə telefon nömrəmiz yoxdur. Bayramlarda, ad günlərində təbrik yazmırıq".Bu sözləri müğənni Elnarə Xəlilova "Dəyişən cavab" proqramında deyib. Səətçi "W-trio" qrupunun keçmiş solistləri Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibidən danışıb:
"Heç biri ilə küsülülüyüm yoxdur, amma münasibət də yoxdur. Mənim paxıllıq etməyim üçün səbəbim olmalıdır. Dünyada nə var ki, məndə yoxdur? Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim. İki ali təhsilim, dörd övladım, dərs dediyim məktəb var. İstədiyim hər şeyi əldə etmişəm. Səbəbim yoxdur ona paxıllıq edəm.
Üçümüz də müğənniyik, sevilirik, niyə müharibə edək ki? Səbəb görmürəm buna. Yaşca onlardan böyüyəm. Amma barışığa cəhd etməmişəm. Hazırda Röya məni "blok" edib. Onun paylaşımlarını görmürəm, demək ki, "blok"dayam. Bəlkə də, fərqli düşüncələrimizə görə Röya və Natavandan uzaqlaşdım. Həyat bizi ayırdı".
Proqramın aparıcısı məşhur stilist Anar Ağakişiyev Röyaya zəng edərək onu Elnarə ilə barışdırıb. Röya da Elnarənin onu İnstaqramda qara siyahıya saldığını iddia edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...