XalqXəbər.Az

XalqXeber.Az » Şou-Biznes » "21 ildir çörək yemirəm”

"21 ildir çörək yemirəm”

"21 ildir çörək yemirəm”
28-02-2021, 14:30

Gözəlliyi və fit bədən quruluşu ilə bir çoxlarının həsəd apardığı aparıcı və aktrisa Burcu Esmersoy gözəllik sirrini açıqlayıb.

Türkiyə KİV-nə istinadən bildiririk ki, 44 yaşlı aparıcı idman etmədən bədənini formada saxladığını bildirib:

“İdman etmədən də, gözəl bədən quruluşuna sahib olmaq olar. Məsələn, mən ildə bir dəfə şirniyyat istehlak edirəm. 21 ildir isə çörək yemirəm. Dərim bir az qurudur. Buna görə də həftədə bir dəfə maska qoyuram. Ayda iki dəfə piilinq etdirirəm. Hər gün 1.5 litr su içirəm. Simamı günəş şülarından qoruyuram. Çəkiliş olmayanda makiyaj etmirəm. Gündə iki dəfə yemək yeyirəm. Tərəvəz və salatlar istehlak edirəm”.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.